Asif Əliyev: “Çempion olmaq istəyirik”

Xəbərlər
29 Mart 2025 11:42
49
Asif Əliyev: “Çempion olmaq istəyirik”

“Yaxşı oyun getdi”.

İdman.biz xəbər verir ki, bunu “Xilasedici”nin voleybolçusu Asif Əliyev deyib.

O, Yüksək Liqanın XVII turunda MOİK-lə matç haqqında fikirlərini Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlayıb: “17-ci qarşılaşmanı oynadıq. MOİK gənc komanda olmasına baxmayaraq, yaxşı oynadı. Məqsədimiz finala yüksəlməkdir. Final mübarizəsində qalib gəlib çempion olmaq istəyirik”.

Qeyd edək ki, “Xilasedici” MOİK üzərində 3:0 hesablı qələbə qazanıb.

İdman.biz