Ayşən Abduləzimovadan finala doğru növbəti addım – 10 xal

Xəbərlər
31 Mart 2025 10:39
46
Ayşən Abduləzimovadan finala doğru növbəti addım – 10 xal

Qadın voleybolçular arasında Macarıstan çempionatında yarımfinal mərhələsinin oyunları davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimovanın şərəfini qoruduğu “Vaşaş” final yolunda “Kapoşvar”la üçüncü qarşılaşmasını keçirib.

Təmsilçimizin komandası rəqibini 3:0 hesabı ilə məğlub edib. Abduləzimova görüşdə 10 xal toplayıb.

Bu qələbə “Vaşaş”ı hesabda önə keçirib – 2:1.

Qeyd edək ki, finala 3 qəbələ qazanacaq kollektiv yüksələcək.

İdman.biz