Voleybol üzrə Braziliya çempionatında pley-off mərhələsi başlayıb.
İdman.biz xəbər verir ki, Azərbaycan voleybolçusu Polina Rəhimovanın yer aldığı “Osasko” 1/4 finalda ilk oyununa çıxıb.
Təmsilçimizin komandası "Flamenqo"nu qəbul edib. “Osasko” rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Qarşılaşmada hücumçumuz 4 xal toplayıb.
Qeyd edək ki, cavab oyunu aprelin 3-də səfərdə keçiriləcək.
İdman.biz