Millimizin voleybolçusu: “Bu uğurlarla kifayətlənməyi düşünmürük”

Xəbərlər
31 Mart 2025 13:56
49
Millimizin voleybolçusu: “Bu uğurlarla kifayətlənməyi düşünmürük”

“Çətin olacağını bilirdik”.

Bunu İdman.biz-ə Azərbaycan millisinin voleybolçusu Andrey Melnikov deyib.

“Korona Brasov” klubunun heyətində Rumıniya kubokunu qazanan hücumçu qələbə təəssüratlarını bölüşüb: “Bütün məşqçi heyətinə və oyunçulara gördükləri işlərə görə təşəkkür edirəm. Hamı yaxşı başa düşürdü ki, kubokun finalında bizim üçün asan olmayacaq, lakin bu, daha çox çalışmaq və işləmək istəyini artırdı. Oyunun özü çətin keçdi, rəqib komanda yaxşı hazırlıqlı və motivasiyalı idi. Kubok mənə mühüm təcrübə, müsbət emosiyalar və karyeramı yüksək səviyyədə davam etdirmək əhval-ruhiyyəsi bəxş etdi”.

O, Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun “Alba Blaj” klubu ilə Rumıniya kubokunu qazanmasının sevindirici hal olduğunu qeyd edib: “Azərbaycan millisinin qızları ilə qızıl medallarla bir-iki şəkil çəkdirmək çox xoş idi. Amma biz bu uğurlarla kifayətlənməyi düşünmürük. Qarşıda ölkə çempionatı çərçivəsində Buxarest “Dinamo”su ilə çox çətin final mərhələsi var. Həmin matçlara ciddi hazırlaşacağıq və çalışacağıq uğur qazanaq”.

Qeyd edək ki, finalda “Alba Blaj” klubu “CSO Voluntari”ni, “Korona Brasov” isə “Munisipal Zalau”nu 3:1 hesabı ilə məğlub edib.

Aytac Sahəd
İdman.biz