Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında növbəti oyununu keçirib.
İdman.biz-in məlumatına görə, C qrupunda yer alan millimiz dördüncü oyununda Yunanıstana qalib gəlib.
İlk üç turdan sonra aktivində 3 xal olan komandaların görüşündən Ataman Güneyligilin yetirmələri 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12) hesablı çətin və dramatik qələbə ilə ayrılıblar.
Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.
Birinci turda Azərbaycan Çexiyaya qalib gəlib, sonra isə Almaniya və Türkiyəyə uduzub.
İdman.biz