Ayşən Abduləzimova yenidən finalda çıxış edəcək

Xəbərlər
7 Aprel 2025 09:58
32
Ayşən Abduləzimova yenidən finalda çıxış edəcək

Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova yenidən Macarıstan çempionatının finalında çıxış edəcək.

İdman.biz xəbər verir ki, yarımfinal seriyasında Ayşənin kapitanı olduğu “Vaşaş” rəqibi “Kapoşvar”ı məğlub edib.

Dördüncü görüşdə üç seti qalib başa vuran hazırkı çempion 3:1 hesabı ilə seriyada önə keçib. Abduləzimova oyunda 10 xal toplayıb.

Qeyd edək ki, finalda “Vaşaş” klubu yarımfinal seriyasında “Bekeşçaboy” - “Niregihaza” matçının qalibi ilə qarşılaşacaq.

İdman.biz