Lider dəyişib, “Xilasedici”dən geridönüş

Xəbərlər
8 Aprel 2025 20:39
89
Lider dəyişib, “Xilasedici”dən geridönüş

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XVIII turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, bütün qarşılaşmalar GİN-in Voleybol Mərkəzində baş tutub.

Liderlər qrupunda qərarlaşan "Azərreyl" və "Xilasedici" üz-üzə gəlib. Oyun gərgin mübarizə şəraitində keçib. Lider 2:0 önə keçsə də, qonaqlar böyük əzmkarlıq nümayiş etdiriblər. Bu məğlubiyyət "Azərreyl"in lider mövqeyini itirməsi ilə nəticələnib.

"Murov Az Terminal" "Gənclər"ə qalib gələrək, birinci pilləni ələ keçirib.

MOİK isə "Neftçi"yə uduzub.

Yüksək Liqa (kişilər)
XVIII tur
8 aprel

14:00. MOİK – "Neftçi" - 0:3 (21:25, 23:25, 18:25)
GİN-in Voleybol Mərkəzi

16:00. "Azərreyl" – "Xilasedici" - 2:3 (25:17, 25:19, 21:25, 25:27, 10:15)
GİN-in Voleybol Mərkəzi

18:00. "Murov Az Terminal" – "Gənclər" - 3:0 (25:15, 26:24, 25:19)
GİN-in Voleybol Mərkəzi

1

Murov Az Terminal

18

14

4

47-14

44

2

Azərreyl

18

13

4

47-18

42

3

Xilasedici

18

14

4

47-20

41

4

Neftçi

18

9

9

22-33

26

5

MOİK

18

3

17

9-49

8

6

Gənclər

18

0

20

6-54

1

İdman.biz