Liderdən asan qələbə, 5 setlik mübarizədə “Murov Az Terminal” güclü olub

Xəbərlər
9 Aprel 2025 20:41
100
Liderdən asan qələbə, 5 setlik mübarizədə “Murov Az Terminal” güclü olub

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XIX turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, tura Gəncədə start verilib.

Şəhərin eyniadlı komandası çempionatın autsayderi UNEC-i sınağa çəkib. Gəncəlilər çətinlik çəkmədən 3:0 hesabı ilə qalib gəliblər.

Digər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutub. Öncə “Azərreyl” lider “Abşeron”a uduzub. "Milli Aviasiya Akademiyası" - “Murov Az Terminal” görüşü daha gərgin alınıb. Qalib 5 setin yekununda bəlli olub. “Murov Az Terminal” 3:2 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra lider ən yaxın izləyicisi ilə xal fərqini 9-a yüksəldib.

Yüksək Liqa, XIX tur
9 aprel

14:00. UNEC – “Gəncə” - 0:3 (17:25, 14:25, 19:25)
Gəncə İdman Sarayl

16:00. “Azərreyl” – “Abşeron” - 0:3 (21:25, 15:25, 16:25)
GİN-in Voleybol Mərkəzi

18:00. “Milli Aviasiya Akademiyası” – “Murov Az Terminal” - 2:3 (21:25, 25:18, 25:27, 25:18, 12:15)
GİN-in Voleybol Mərkəzi

1

Abşeron

19

17

2

52-15

49

2

Milli Aviasiya Akademiyası

19

13

6

46-25

40

3

Azərreyl

19

10

9

38-32

32

4

Gəncə

19

9

10

36-34

27

5

Murov Az Terminal

19

8

11

31-40

23

6

UNEC

19

0

19

0-57

0

İdman.biz