Qadın voleybolçuların Braziliya Superliqasında qeyri-adi hadisə yaşanıb.
İdman.biz xəbər verir ki, çempionatın 1/4 final mərhələsinin "Fluminense" - "Sesi Bauru" matçında beş aylıq hamilə olan 33 yaşlı Priscila Heldes meydana çıxıb.
Hazırkı vəziyyətinə baxmayaraq, Heldes dəqiq ötürmələri və inamlı oyunu sayəsində azarkeşlərin və hətta rəqiblərin alqışını qazanıb. Lakin onun komandası 1:3 hesabı ilə məğlub olub.
İdman.biz