Yüksək Liqada yarımfinal CÜTLƏRİ

Xəbərlər
14 Aprel 2025 09:00
47
Yüksək Liqada yarımfinal CÜTLƏRİ

Kişi voleybolçuların Yüksək Liqasının ilkin mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, dörd dövrənin oyunlarından sonra yarımfinal cütləri müəyyənləşib.

Turnir cədvəlinin birincisi olan “Murov Az Terminal” dördüncü yerin sahibi “Neftçi” ilə görüşəcək. İkinci olan “Azərreyl” isə üçüncü yeri tutan “Xilasedici” ilə qarşılaşacaq. Turnir cədvəlində 5-ci və 6-cı yerlərdə olan MOİK və “Gənclər” isə ölkə birinciliyində mübarizəni dayandırıblar.

Kişi voleybolçuların pley-off mərhələsinin oyunları aprelin 16-18-də keçiriləcək. Yarımfinal mərhələsi iki qələbəyədək davam edəcək.

Qeyd edək ki, iki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.

İdman.biz