Ruban və Xarçenko Rumıniya çempionluğunun bir addımlığında

Xəbərlər
14 Aprel 2025 11:31
42
Ruban və Xarçenko Rumıniya çempionluğunun bir addımlığında

Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Oksana Xarçenko Rumıniya çempionu adını qazanmağa çox yaxındırlar.

İdman.biz xəbər verir ki, təmsilçilərimizin heyətində yer aldıqları "Alba" klubu final seriyasında "Voluntari" ilə qarşılaşır.

Komandalar arasında keçirilən üçüncü görüş 3:0 hesabı ilə CEV kuboku finalçılarının qələbəsi ilə başa çatıb. Artıq seriyada hesab “Alba”nın xeyrinədir - 2:1.

Dördüncü qarşılaşma Ruban və Xarçenko üçün həlledici olacaq.

İdman.biz