Bu gün qadın voleybolçuların Yüksək Liqasında yarımfinal mərhələsi start götürüb.
İdman.biz xəbər verir ki, ilk oyunlar GİN-in Voleybol Mərkəzində keçirilib.
Günün ilk qarşılaşmasında “Abşeron” “Gəncə”ni sınağa çəkib. Abşeron voleybolçuları oyun yaxşı başlamasalar da, növbəti setlərdə üstünlük əldə ediblər. Qazanılan qələbə komandanı finala bir addım yaxınlaşdırıb.
Ardınca meydana “Milli Aviasiya Akademiyası” və “Azərreyl” çıxıb. Oyun gərgin mübarizə şəraitində keçib. Qalib 5 setin yekununda bəlli olub. "Dəmiryolçular" çətin qələbə qazanaraq, seriyada üstünlüyü ələ keçiriblər.
Qeyd edək ki, ikinci oyunlar aprelin 17-də keçiriləcək.
Yüksək Liqa (qadınlar)
Yarımfinal, ilk oyunlar
15 aprel
15:00. “Abşeron” - “Gəncə” - 3:1 (23:25, 25:18, 25:13, 25:18)
GİN-in Voleybol Mərkəzi
17:00. “Milli Aviasiya Akademiyası” - “Azərreyl” - 2:3 (12:25, 31:29, 21:25, 25:19, 14:16)
GİN-in Voleybol Mərkəzi
İdman.biz