Abduləzimovanın komandası finala qələbə ilə başlayıb

Xəbərlər
15 Aprel 2025 11:32
42
Abduləzimovanın komandası finala qələbə ilə başlayıb

Ayşən Abduləzimovanın komandası Macarıstan çempionatının final seriyasına qələbə ilə başlayıb.

İdman.biz xəbər verir ki, azərbaycanlı voleybolçunun çıxış etdiyi “Vaşaş” ilk oyunda “Bekeşçaba”nı 3:0 hesabı ilə məğlub edib.

Abduləzimova 12 xal toplayıb.

Qeyd edək ki, "Vaşaş" bu mövsüm artıq Macarıstan kubokunu qazanıb.

İdman.biz