Azərbaycan millisinin voleybolçuları Yelizaveta Ruban və Oksana Xarçenko Rumıniya çempionu titulunu qazanıblar.
İdman.biz xəbər verir ki, təmsilçilərimizin heyətində yer aldıqları "Alba" klubu final seriyasında "Voluntari"dən güclü olub.
Tərəflər arasında keçirilən dördüncü görüş 3:1 hesabı ilə "Alba"nın üstünlüyü ilə başa çatıb. Yekun nəticədə də 3:1 hesabı ilə qalib gələn voleybolçularımızın komandası mövsümü 1-ci pillədə başa vurub.
Qeyd edək ki, "Alba" bununla da "Voluntari"dən ötən mövsümün finalındakı məğlubiyyətin revanşını alıb.
İdman.biz