“Qələbə münasibətilə komandamı təbrik edirəm. 3:1 hesabı ilə qalib gəldiyimiz üçün şadam”.
İdman.biz xəbər verir ki, bunu “Abşeron”un voleybolçusu Mariya Kirilyuk deyib.
Orta oyunçusu Yüksək Liqanın yarımfinal mərhələsində “Gəncə” ilə ilk oyun barədə fikirlərini bildirib: “İlk hissədə bəzi səhvlərimiz oldu, lakin bunun öhdəsindən gəldik. Qarşıda yarımfinalın daha bir oyunu var, bu qarşılaşmaya hazırlaşacağıq. Ümid edirəm ki, yenə biz qalib gələcəyik. İnanıram ki, layiqli çıxış edib yaxşı yer tutacağıq”.
Qeyd edək ki, “Abşeron” “Gəncə”yə 3:1 (23:25, 25:18, 25:13, 25:18) hesabı ilə qalib gəlib.
İdman.biz