“Neftçi” “Murov”u, “Azərreyl” “Xilasedici”ni sınağa çəkəcək

Xəbərlər
16 Aprel 2025 10:37
123
“Neftçi” “Murov”u, “Azərreyl” “Xilasedici”ni sınağa çəkəcək

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada yarımfinal mərhələsi start götürəcək.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçiriləcək.

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində baş tutacaq. Öncə “Murov Az Terminal”la “Neftçi” qarşılaşacaq. Ardınca “Azərreyl” “Xilasedici” ilə üz-üzə gələcək.

Qeyd edək ki, ikinci oyunlar aprelin 18-də keçiriləcək.

Yüksək Liqa (kişilər)
Yarımfinal, ilk oyunlar
16 aprel

15:00. “Murov Az Terminal” - “Neftçi”
GİN-in Voleybol Mərkəzi

17:00. “Azərreyl” - “Xilasedici”
GİN-in Voleybol Mərkəzi

İdman.biz