“Murov Az Terminal” və “Azərreyl” finalda

Xəbərlər
18 Aprel 2025 20:19
394
“Murov Az Terminal” və “Azərreyl” finalda

Bu gün kişi voleybolçular arasında Yüksək Liqanın 1/2 finalına yekun vurulub.

İdman.biz xəbər verir ki, ikinci oyunlar GİN-in Voleybol Mərkəzində keçirilib.

İlk finalçı “Xilasedici” - “Azərreyl” qarşılaşmasında bəlli olub. Meydan sahibləri səfərdəki məğlubiyyətin əvəzini çıxıblar. Nəticədə cütün qalibi Qızıl setdə müəyyənləşib. Gərgin mübarizədə keçən həlledici qarşılaşmada "Azerreyl" güclü olub.

Digər matçda isə “Neftçi” “Murov Az Terminal”dan revanş almağa çalışıb. "Ağ-qaralar" ilk oyunda olduğu kimi, bu dəfə də rəqibə ciddi müqavimət göstərə bilməyiblər.

Qeyd edək ki, bu mərhələ iki qələbəyədək davam edib. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşib.

Yüksək Liqa (kişilər)
İkinci oyunlar
18 aprel
15:00. “Xilasedici” - “Azərreyl” - 3:1 (24:26, 25:20, 25:23, 25:22), Qızıl set - 13:15

GİN-in Voleybol Mərkəzi
İlk oyun – 0:3

17:00. “Neftçi” - “Murov Az Terminal” - 0:3 (19:25, 18:25, 12:25)
GİN-in Voleybol Mərkəzi
İlk oyun – 0:3

İdman.biz