“Gəncə”nin gücü 1 setə çatıb - YENİLƏNİB

Xəbərlər
19 Aprel 2025 17:08
260
“Gəncə”nin gücü 1 setə çatıb - YENİLƏNİB

Qadın voleybolçular arasında Yüksək Liqada medallar uğrunda mübarizəyə bu gün start verilib.

İdman.biz xəbər verir ki, həlledici mərhələnin ilk günündə bir matç keçirilib.

Bürünc mükafat üçün mübarizə aparan “Gəncə” və “Milli Aviasiya Akademiyası” ilk duelə çıxıblar. GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb. "Gəncə"nin gücü cəmi 1 setə çatıb.

Yüksək Liqa (qadınlar)
Üçüncü yer uğrunda matç, birinci oyun
19 aprel
15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası” - 1:3 (18:25, 25:23, 18:25, 17:25)

GİN-nin Voleybol Mərkəzi

Qeyd edək ki, komandalar arasında ikinci görüş sabah keçiriləcək.

İdman.biz