Çempion finala məğlubiyyətlə başlayıb - FOTO

Xəbərlər
21 Aprel 2025 16:58
520
Çempion finala məğlubiyyətlə başlayıb - FOTO

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, “Azərreyl” və “Abşeron” çempionluq uğrunda ilk duelə çıxıb.

Qarşılaşma GİN-in Voleybol Mərkəzində keçirilib. Son iki mövsümün çempionu olan “Azərreyl” üç setdə məğlub olub. Ardıcıl iki dəfə gümüşlə kifayətlənən “Abşeron” revanş yolunda ilk addımını atıb.

Yüksək Liqa (qadınlar)
Final, ilk oyun
21 aprel
15:00. “Azərreyl” - “Abşeron” – 0:3 (19:25, 16:25, 18:25)

GİN-in Voleybol Mərkəzi

Qeyd edək ki, komandalar arasında ikinci oyun sabah keçiriləcək.

İdman.biz