“Xilasedici”nin baş məşqçisi: “Növbəti mövsüm Çelenc Kubokunda iştirak edəcəyik”

Xəbərlər
22 Aprel 2025 13:11
192
“Xilasedici”nin baş məşqçisi: “Növbəti mövsüm Çelenc Kubokunda iştirak edəcəyik”

“Çox gərgin keçən mövsümü geridə qoyduq”.

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçulardan ibarət “Xilasedici” komandasının baş məşqçisi Cəlil Cəlilov Azərbaycan Yüksək Liqasında bürünc medallara sahib çıxmaları barədə danışarkən deyib.

O, mövsümə uğurlu başladıqlarını xatırladıb: ”Azərbaycan Kubokunu qazandıq. Rəqiblərimiz güclənməyə başladılar. Mövsüm ərzində əlimizdən gələn hər şeyi etməyə çalışdıq. Sonda qazandığımız nəticə pis deyil. Kamandanın kapitanın və aparıcı oyunçusu sağ çiynindən zədə almasına baxmayaraq, sonadək mübarizə apardı. Voleybolçularıma əzmkarlığa görə minnətdarlığımı bildirirəm”.

Baş məşqçi növbəti mövsüm avrokuboklarda iştirak edəcəklərini vurğulayıb: “Rəhbərlikdən bununla bağlı müsbət rəy almışıq. İnşallah, növbəti mövsüm Azərbaycanı Çelenc Kubokunda təmsil edəcəyik”.

O, yeni mövsüm üçün fərqli komanda quracaqlarını söyləyib: “Heyətdə köklü dəyişiklər olacaq. Növbəti mövsüm üçün çox iddialıyıq”.

Qeyd edək ki, “Xilasedici” üçüncü yer uğrunda görüşdə “Neftçi”ni üstələyərək bürünc medalların sahibi olub.

İdman.biz