Millimiz Avstriya ilə oyun üçün İspaniyaya yollanıb

Xəbərlər
23 Aprel 2025 09:04
173
Millimiz Avstriya ilə oyun üçün İspaniyaya yollanıb

16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının 2-ci təsnifat mərhələsində mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, bu məqsədlə komandamız bu gün yarışa ev sahibliyi edəcək İspaniyaya yola düşüb.

Aprelin 25-27-də keçiriləcək birincilikdə komandamız B qrupunda qüvvəsini sınayacaq. Millimizin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Avstriya yığmaları olacaq. Yığmamıza Cahangir Seyed Abbasi rəhbərlik edəcək.

Qeyd edək ki, AVRO-2025-in ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrupda ilk iki yeri tutacaq yığmalar, həmçinin üçüncü yerdə qərarlaşacaq ən yaxşı iki kollektiv qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

İdman.biz

Məqalədə: