Voleybolçumuz İsrail çempionu olub - FOTO

Xəbərlər
23 Aprel 2025 12:53
165
Voleybolçumuz İsrail çempionu olub - FOTO

Azərbaycan millisinin voleybolçusu Marqarita Stepanenko İsrail çempionluğunu qazanıb.

İdman.biz xəbər verir ki, hücumçumuzun çıxış etdiyi “Makkabi Aşdod” ölkə çempionatının qalibi olub.

Stepanenkonun komandası finalın hər üç qarşılaşmasında rəqibi “Hapoel Kfar Saba”nı məğlub edərək titula sahib çıxıb.

İdman.biz