Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir

Xəbərlər
23 Aprel 2025 16:35
244
Avropa Voleybol Konfederasiyasının prezidenti Bakıya gəlir

Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Bakıya səfər edəcək.

İdman.biz xəbər verir ki, CEV rəhbəri paytaxtımıza sabah gələcək.

O, aprelin 24-də və 25-də Milli Gimnastika Arenasında təşkil olunacaq qadın və kişi voleybolçuların Yüksək Liqasında final oyunlarını izləyəcək, həmçinin qaliblərin mükafatlandırma mərasimində iştirak edəcək.

Səfər çərçivəsində CEV rəhbəri ilə bir neçə mühüm görüşün keçirilməsi də nəzərdə tutulub.

İdman.biz

Məqalədə: