"Azərreyl" titulunu qoruyub - YENİLƏNİB - FOTO - VİDEO

Xəbərlər
24 Aprel 2025 17:19
355
"Azərreyl" titulunu qoruyub - YENİLƏNİB - FOTO - VİDEO

Qadın voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulub.

İdman.biz xəbər verir ki, ölkə çempionun adına finalın ikinci oyununda aydınlıq gəlib.

Həlledici qarşılaşma Milli Gimnastika Arenasında keçirilib. Ötən mövsümün çempionu “Azərreyl” “Abşeron”la qarşılaşıb.

“Dəmiryolçular” ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin revanşını almağa nail olub. Quru hesabla qalib gələn “Azərreyl” cütün taleyini “Qızıl set”ə daşıyıb. Həlledici hissədə də qalib gələn "dəmiryolçular" qızıl medallara sahib olub.

Yüksək Liqa (qadınlar)
Final, ikinci oyun
24 aprel

15:00. “Azərreyl” - “Abşeron” - 3:0 (28:26, 30:28, 25:22)
Qızıl set: 15:12

Milli Gimnastika Arenası
İlk oyun – 0:3

Qeyd edək ki, finaldan sonra mükafatlandırma mərasimi baş tutacaq. Çempion və gümüş mükafatçı ilə yanaşı bürünc qazanan "Milli Aviasiya Akademiyası" da mükafatlarını alacaq.

İdman.biz