Avropa Voleybol Konfederasiyasının prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTO

Xəbərlər
24 Aprel 2025 16:16
191
Avropa Voleybol Konfederasiyasının prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət ediblər.

İdman.biz xəbər verir ki, AVF nümayəndələri və qonaq Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Qonaqlar Şəhidlər xiyabanını da ziyarət ediblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb.

İdman.biz

Məqalədə: