"Azərreyl"in voleybolçusu: "Qalib gələcəyimizə inanırdıq"

Xəbərlər
24 Aprel 2025 19:18
181
"Azərreyl"in voleybolçusu: "Qalib gələcəyimizə inanırdıq"

“Biz bunu inam sayəsində bacardıq”.

İdman.biz xəbər verir ki, bunu "Azərreyl"in qadınlardan ibarət voleybol komandasının oyuçusu Anastasiya Şupianiova deyib.

O, Yüksək Liqanın qalibi olduqları üçün özünü xoşbəxt hiss etdiyini bildirib: "Finalın ilk oyununda 0:3 hesabı ilə uduzsaq da, qalib gələcəyimizə inanırdıq. Biz bir komandayıq. Mübarizə apardıq və bir-birimizə güvəndik, nəticə isə gözəl oldu”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən final mərhələsinin ikinci oyununda 3:0 hesablı qələbə sayəsində status-kvonu bərpa edən “Azərreyl” “Qızıl set”də “Abşeron”dan üstün olub – 15:12.

Aytac Sahəd
İdman.biz