"Çempionluq şansını əldən verdiyimiz üçün çox üzgünük".
İdman.biz xəbər verir ki, bunu "Abşeron"un qadın voleybolçulardan ibarət komandasının üzvü Ecem Aknam jurnalistlərə açıqlamasında deyib.
O, Yüksək Liqanın finalında "Azərreyl"ə məğlubiyyəti şərh edib: "Əslində, söyləyə biləcəyim bir şey yoxdur. Bütün mövsüm boyu lider olmuşuq. İlk matçda də 3:0 qələbə qazanmışdıq. Burada iki set almağımız kifayət edəcəkdi. Təəssüf ki, alınmadı. Günümüzdə deyildik. "Azərreyl"i təbrik edirəm. Həqiqətən də, çox yaxşı oynadılar. Biz isə onlara qarşı yetərli qarşılığı verə bilmədik. Komanda yoldaşlarımı da təbrik edirəm. Bizim üçün gözəl bir mövsum oldu. Daha öncə kuboku qazanmışdıq, burada da ikinci olduq".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən final mərhələsinin ikinci oyununda 3:0 hesablı qələbə sayəsində status-kvonu bərpa edən “Azərreyl” “Qızıl set”də “Abşeron”dan üstün olub – 15:12.
Aytac Sahəd
İdman.biz