“Azərreyl”dən QIZIL DUBL - YENİLƏNİB - FOTO - VİDEO

Xəbərlər
25 Aprel 2025 17:01
497
“Azərreyl”dən QIZIL DUBL - YENİLƏNİB - FOTO - VİDEO

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada 2024/25 mövsümünə yekun vurulub.

İdman.biz xəbər verir ki, final mərhələsinin ikinci oyunu çempion və gümüş mükafatçının adına aydınlıq gətirib.

Matç Milli Gimnastika Arenasında “Murov Az Terminal”la “Azərreyl” üz-üzə gəlib. İlk görüşdə “quru hesabla” qalib gələn nominal qonaqlar bu dəfə də rəqibindən üstün olublar. İlk iki setdə qələbə qazanmaqla çempionluğu təmin edən “Azərreyl” matçda da qalib gəlib – 3:1.

“Dəmiryolçular” bununla da ardıcıl ikinci dəfə ölkənin ən güclüsü olub. 2023/24 mövsümündə olduğu kimi yenə həm kişilər, həm qadınların mübarizəsində “Azərreyl” qızıl medala sahib çıxıb.

Yüksək Liqa (kişilər)
Final, ikinci oyun
25 aprel

15:00. “Murov Az Terminal” - “Azərreyl” - 1:3 (20:25, 22:25, 25:17, 17:25)

Milli Gimnastika Arenası
İlk oyun – 0:3

Qeyd edək ki, matçdan sonra mükafatlandırma mərasimi keçiriləcək. Finalçılarla yanaşı, bürünc mükafatın sahibi “Xilasedici”də medallarını alacaq.

İdman.biz