16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız Avropa çempionatının 2-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Matçları İspaniyada keçirilən B qrupunda yer alan yığmamız Estoniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, millimiz sabah İspaniya, ertəsi gün Avstriya ilə qarşılaşacaq.
Avropa çempionatının 2-ci seçmə mərhələsi
B qrupu, I tur
25 aprel
19:00. Azərbaycan – Estoniya
Luqo İdman Pavilyonu
İdman.biz