Bu gün Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev, AVF-nin baş katib Faiq Orucov, AVF prezidentinin müşaviri Cəlil Cəfərov, gənc qız və oğlanlardan ibarət millimizin oyunçuları, məşqçiləri ilə görüşüblər.
İdman.biz xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan toplantıda CEV rəhbəri AVF-də uşaq voleybolunun inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Daha sonra AVF-nin icraçı direktoru Vüqar Hüseynzadə federasiyada görülən işlər və qarşıdakı planları əhatə edən təqdimatla çıxış edib.
Tədbirdə AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme çıxış edərək bildirib ki, AVF-də məşqçiliyə yeni başlayan mütəxəssislərlə işlər aparılır, onların bilik və bacarıqlarının artırılmasına dair müxtəlif seminarlar təşkil edilir.
İdman.biz