CEV prezidenti Bakı səfərinin məqsədini açıqlayıb

Xəbərlər
25 Aprel 2025 18:10
257
CEV prezidenti Bakı səfərinin məqsədini açıqlayıb

"Mənim səfərimin əsas məqsədi növbəti layihələri müzakirə etmək idi".

“Ölkənizin rəhbərliyinə məni belə xoş qəbul etdiyinə görə təşəkkür edirəm. Bu səfərində məhsuldar danışıqlarımız oldu”.

İdman.biz xəbər verir ki, bunu Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qarşılarında əsas hədəf voleybolun inkişafıdır: “Biz də əlimizdən gələni edəcəyik ki, hər şey yüksək səviyyədə olsun. Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında final görüşləri çox maraqlı keçdi. Klassik voleybolla yanaşı, çimərlik voleybolunun inkişafı da önəmlidir. Bu istiqamətdə də müzakirələr apardıq”.

CEV prezidentinin sözlərinə görə, Azərbaycan klubları Çempionlar Liqasında iştirak etməyə layiqdir: “Ölkə reytinqinə görə klublar da bölünür. Ümid edirəm ki, növbəti illərdə Azərbaycan təmsilçiləri də bu yarışda iştirak edəcək".

Qeyd edək ki, Roko Sikiriç Bakıda final görüşlərini izləməklə yanaşı, bir sıra görüşlər keçirib.

Aytac Sahəd
İdman.biz