"Azərreyl"in kapitanından çempion tituluna şərh

Xəbərlər
25 Aprel 2025 18:41
215
"Azərreyl"in kapitanından çempion tituluna şərh

"Bu uğur bizim üçün gözlənilən idi. Çünki mövsüm başlayandan bəri hədəfimiz çempionluq olub".

İdman.biz xəbər verir ki, bunu "Azərreyl" klubunun voleybolçusu Vüsal Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan Yüksək Liqasında qazanılan çempion tituluna münasibət bildirib. Kapitan final qarşılaşmasına ciddi hazırlaşdıqlarını vurğulayıb: "Çempionat çox gərgin başladı, qələbələr də oldu, məğlubiyyətlər də. Ancaq üçüncü və dördüncü dövrədə daha yaxşı çıxış etdik. Demək olar ki, bütün oyunlarda qələbə qazandıq. Sona doğru yorğunluq hiss olunurdu. Lakin biz finalda gücümüzü toplayıb, çempion olmağı bacardıq.".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında baş tutan kişilər arasında ikinci final matçında da "Murov Az Terminal"a qalib gələn "Azərreyl" çempion olub.

Aytac Sahəd
İdman.biz