Boris Qrebennikov: "Çempion olmağa layiq idik"

Xəbərlər
25 Aprel 2025 18:58
206
Boris Qrebennikov: "Çempion olmağa layiq idik"

"Çempion olmağa layiq idik".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Yüksək Liqasının qalibi olan kişi voleybolçulardan ibarət "Azərreyl"in baş məşqçisi Boris Qrebennikov deyib.

Mütəxəssis bildirib ki, builki çempionat daha çətin keçib: "İlk dördlükdə yer alan komandaların hər birinin çempion olmaq imkanı vardı. Lakin biz bir komanda olaraq birləşib bunu bacardıq. Komandamıza yüksək səviyyəli oyunçular gəlib. Finalda yaxşı oyun sərgilədik".

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasında baş tutan kişilər arasında ikinci final matçında "Murov Az Terminal"a 3:1 hesabla qalib gələn "Azərreyl" çempion olub.

Aytac Sahəd
İdman.biz