Rəhimova Braziliya çempionatının finalında çıxış edəcək

Xəbərlər
26 Aprel 2025 12:12
47
Rəhimova Braziliya çempionatının finalında çıxış edəcək

Polina Rəhimova Braziliya çempionatının finalında çıxış edəcək.

İdman.biz xəbər verir ki, yarımfinal seriyasının üçüncü oyununda Azərbaycan voleybolçusunun komandası "Osasko" "Minas"a 3:0 hesabı ilə qalib gəlib.

Rəhimova 4 xal toplayıb.

Seriyaya məğlubiyyətlə başlayan "Osasko" daha sonra ardıcıl iki oyunda qalib gələrək finala vəsiqə qazanıb.

Komanda final seriyasında Rəhimovanın Braziliyada debüt mövsümündə çıxış etdiyi "Sessi Bauru" ilə qarşılaşacaq.

İdman.biz