“Gənclər”in voleybolçusu: "Bu, mənim üçün sürpriz oldu"

Xəbərlər
26 Aprel 2025 17:06
95
“Gənclər”in voleybolçusu: "Bu, mənim üçün sürpriz oldu"

“Mövsüm çox maraqlı keçdi”.

Bunu İdman.biz-ə “Gənclər”in voleybolçusu Zamiq Mayılov deyib.

O, kişi voleybolçuların Yüksək Liqasının “Ən gənc və perspektivli oyunçu”su seçilməsindən danışıb.

16 yaşlı hücumçu bildirib ki, bu, onun üçün sürpriz olub: “Həmişə hədəfim yüksək naliyyətlər əldə etmək olsa da, ilk mövsümdə belə bir nəticə qazanacağımı gözləmirdim. Voleybol insana güclü və dözümlü olmağı öyrədir”.

Mayılov mövsümün maraqlı keçdiyini vurğulayıb: “Mövsümün başlanğıcında bir qədər çətinliklərim olsa da, sonradan sərbəst oynamağa başladım. Komanda olaraq əsas məqsədimiz təcrübəmizi artırmaq idi, buna da nail olduq. Ümid edirəm ki, gələn mövsüm daha uğurlu nəticələrə imza atacağıq”.

Zamiq gələcək planlarından da danışıb: “Hələlik müəllim yanında məşqlərə davam edirəm. Məqsədim daha yaxşı oynamaq və “A” milli komandasına düşüb bayrağımızı yüksəklərdə dalğalandırmaqdır”.

Qeyd edək ki, Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasnın qalibi "Azərreyl" olub. "Murov Az Terminal" gümüş, "Xilasedici" isə bürünc mükafat qazanıb.

Aytac Sahəd
İdman.biz