"DH Volley"in baş məşqçisi: “Hədəfimiz çempionluqdur”

Xəbərlər
29 Aprel 2025 15:37
322
"DH Volley"in baş məşqçisi: “Hədəfimiz çempionluqdur”

"Sevindirici haldır ki, bu gün yeni bir klubun təməli qoyulur".

İdman.biz xəbər verir ki, "DH Volley" voleybol klubunun təqdimat mərasimindən sonra komandanın baş məşqçisi Fərid Cəlalov deyib.

O, komandanın hədəfləri haqqında danışıb: "Komandanın yarısı təxminən yerli voleybolçulardır. Gənc oyunçuları heyətə dəvət etmək istəyirik. Voleybolun inkişafına təkan vermək üçün əlimizdən gələni edəcəyik.

Hədəfimiz çempionluqdur. İnanıram ki, bunu bacaracağıq. Sentyabrdan məşqlərə başlayacağıq. Məşq edəcəyimiz zalları isə hələ müəyyənləşdirməmişik.

Büdcə məsələsi ilə bağlı açıqlama verə bilmərəm. Biz əsasən yerli oyunçulardan istifadə etməyi hədəfləyirik. Ancaq legionerlərin xidmətindən də yararlanacayıq".

Qeyd edək ki, “DH Volley” növbəti mövsümdə qadın voleybolçuların Yüksək Liqasında debüt edəcək.

Aytac Sahəd
İdman.biz