Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında taleyinə aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, türkiyəli mütəxəssis Ataman Güneyligilin çalışdırdığı komanda qrupdan çıxmaq şansını itirib.
Buna yığmamızın ilk turda məğlub etdiyi Çexiyanın son görüşdə "quru hesablı" qələbəsi səbəb olub. Onlar İsveçə 3:0 (25:23, 25:20, 25:22) hesabı ilə qalib gəldiklərindən Azərbaycan qitənin ən mötəbər yarışı ilə vaxtından əvvəl vidalaşıb.
Komandamızın yer aldığı C qrupunda "dördlük"də qərarlaşan Türkiyə, Çexiya, Almaniya və İsveç 1/8 finala vəsiqə əldə ediblər. Azərbaycan yığması 6 komandanın yer aldığı qrupu 5 xalla 5-ci pillədə bitirib.
Qeyd edək ki, millimizlə yanaşı, qrupumuzda Yunanıstan da mübarizəni dayandırıb.
Ağa Dadaşzadə