Azərbaycan yığması Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, millimiz üçüncü matçında Estoniya ilə qarşılaşıb.
Hər üç set rəqib komandanın qələbəsi ilə yekunlaşıb. Şahin Çatmanın rəhbərlik etdiyi milli bu dəfə ən yaxşı halda 17 top qazana bilib.
EEVZA çempionatı
III tur
22 noyabr
Estoniya – Azərbaycan - 0:3 (25:17, 25:9, 25:16)
Qeyd edək ki, bu, komandamızın ardıcıl 3-cü məğlubiyyəti olub. Yığma daha öncə Latviya və Ukraynaya da uduzub. Voleybolçular növbəti görüşünü noyabrın 23-də Litvaya qarşı keçirəcək.
İdman.biz