Qətərin paytaxtı Dohada ağırlıqqaldırma üzrə Qran-pri davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində Əli Şükürlü (102 kq) körpücük üzərinə çıxıb.
B qrupunda çıxış edən idmançı iki hərəkətin cəmində 365 kq (165+200) nəticə göstərib. O, bu göstərici ilə 8-ci yeri tutub.
Ağırlıqqaldıranlarımızdan daha öncə Nazilə İsmayılova (49 kq) 19-cu, Ömər Cavadov (73 kq) 10-cu pillədə qərarlaşıb.
Dekabrın 14-də yığmamızın lideri Dadaş Dadaşbəyli (109 kq) medallar uğrunda çıxış edəcək.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın, 206 kişi) atlet iştirak edir.
Emin Ağa
İdman.biz