Azərbaycan ağırlıqqaldıran Dadaş Dadaşbəyli (109 kq) Qətərin paytaxtı Dohada keçirilən Qran-Pridə çempion tituluna yiyələnib.
İdman.biz xəbər verir ki, o, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə birdən qaldırma hərəkətində 176 kq-ı ram edib və bu hərəkətin qalibi olub.
Yığmamızın heyətində mübarizəyə son qoşulan Avropa çempionu təkanla qaldırma hərəkətində isə 212 kq-ı başı üzərinə qaldırıb. Dadaşbəyli bu hərəkətdə isə gümüş medala sahib çıxıb.
Toplam 388 (176+212) kq nəticə göstərən təmsilçimiz yekun sıralamada hamını qabaqlayıb və yarışı çempion kimi başa vurub.
Qeyd edək ki, turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet mübarizə aparır.
İdman.biz