AAF-ın vitse-prezidenti regiona səfər edib - FOTO

Xəbərlər
21 Yanvar 2024 13:06
206
AAF-ın vitse-prezidenti regiona səfər edib - FOTO

Yanvar 14-19-də Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov respublikamızın qərb bölgəsinə səfər edib.

İdman.biz xəbər verir ki, vitse-prezident Gəncə, Samux, Qazax, Ağstafa və Gədəbəydəki ağırlıqqaldırma infrastrukturunun son durumu ilə tanış olub, idmançılar, məşqçi-müəllimlərlə görüşüb.

Umudov federasiyanın xüsusilə regionlardakı klub və cəmiyyətlərlə sıx təmasda olduğunu, bundan sonra da dəstəyini davam etdirərək, diqqət mərkəzində saxlayacaqlarını bildirib. Bununla yanaşı, yeni nəsil idmançıların yetişdirilməsi, kütləviliyin artırılması, müxtəlif yarışların keçirilməsi ilə seçim imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Vitse-prezident məşqçilərlə müzakirələr zamanı idmançıların mövcud potensialı və cari hazırlıq səviyyəsinin artırılması üçün görüləcək işlər haqda da danışıb, rəy və təklifləri dinləyib. Firdovsi Umudov böyük ənənəsi olan ağırlıqqaldırma idman növünün parlaq gələcəyinin təmin edilməsi üçün lazımi addımlar atılacağını qeyd edib.

Qeyd edək ki, federasiya rəhbərliyi regionlara səfəri bundan sonra da davam etdiriləcək.

İdman.biz