Nuray Əbilova Avropa birinciliyində gümüş medal qazanıb

Xəbərlər
15 İyun 2024 13:49
164
Nuray Əbilova Avropa birinciliyində gümüş medal qazanıb

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinə start verilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq Nuray Əbilova körpücük üzərinə çıxıb.

O, yaşı 15-ə qədər olan atletlər arasında 40 kq çəki dərəcəsində qüvvəsini sınayıb. İdmançımız birdən qaldırma hərəkətində 49 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Nuray təkanla qaldırma hərəkətində 57 kq-ı başı üzərinə qaldırıb və 5-ci olub.

Əbilova toplam 106 kq (49+57) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.

Qeyd edək ki, iyunun 24-də bitəcək yarışa 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançı qatılıb.

İdman.biz