Ağırlıqqaldırma yığması Vətənə dönüb - VİDEO

Xəbərlər
24 İyun 2024 21:15
154
Ağırlıqqaldırma yığması Vətənə dönüb - VİDEO

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində iştirak edən Azərbaycan millisi Vətənə geri dönüb.

İdman.biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilən qarşılama mərasimində idmançıları yaxınları, ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

Azərbaycan yığması 8 qızıl, 5 gümüş və 5 bürünc olmaqla 18 medal qazanıb.

U-15 yaş qrupunda Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutub. 709 xal toplayan millimiz Türkiyə, Polşa, Bolqarıstan kimi ölkələri qabaqlayıb. 1-ci pillədə 742 xalla Gürcüstan qərarlaşıb.

Banuçiçək Hüseynli
İdman.biz