Maxti Makkayev: “Bu yeniyetmələr bizim gələcəyimizdir” - VİDEO

Xəbərlər
24 İyun 2024 22:02
330
Maxti Makkayev: “Bu yeniyetmələr bizim gələcəyimizdir” - VİDEO

“Belə isti qarşılanmaya görə təşəkkür edirəm”.

İdman.biz xəbər verir ki, bunu 15 və 17 yaşlı yeniyetmələr üzrə ağırlıqqaldırma yığmasının baş məşqçisi Maxti Makkayev qarşılanma mərasimində deyib.

O, komandanın Avropa birinciliyinə yaxşı hazırlaşdığını və komandanın böyük potensiala malik olduğunu deyib: “Bu cür münasibət biz əlavə motivasiya verir. Komandamız Avropa birinciliyinə çox yaxşı hazırlıq keçmişdi. Heyətlə bağlı problemimiz yox idi. Məncə, idmançılarımız əla çıxış etdilər. Onlardan çox razı qaldım. Bu yeniyetmələr bizim gələcəyimizdir. Ağırlıqqaldıranlarımız böyük potensiala malikdir. Ümid edirəm ki, onlar növbəti yarışlarda da uğurlu çıxış edəcəklər və biz bununla fəxr edəcəyik. Məşqçi heyətinə görülən işə görə təşəkkür edirəm. Bundan başqa Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbiyev, vitse-prezidenti Firdovsi Umudova verdikləri dəstəyə görə çox sağ ol deyirəm. Gələcəkdə də qələbələrimizlə sizləri sevindirmək arzusundayıq”.

Qeyd edək ki, Azərbaycan yığması Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində 18 medal qazanıb.

İdman.biz