Nuray Əbilova: "Özümə əmin yollanmışdım" - VİDEO

Xəbərlər
24 İyun 2024 23:31
421
Nuray Əbilova: "Özümə əmin yollanmışdım" - VİDEO

“Yarış çox yaxşı keçdi”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın ağırlıqqaldırma üzrə U-15 millisinin üzvü Nuray Əbilova (40 kq) deyib.

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinin gümüş mükafatçısı çıxışını şərh edib. Əbilova yarışa yüksək səviyyədə hazırlaşdığını bildirib: “Avropa birinciliyinə özümə əmin şəkildə yollanmışdım. Ümid edirdim ki, yaxşı nəticə əldə edə biləcəm. Vətənə medalla qayıtdığım üçün çox şadam. Bizə daima dəstək və qayğı göstərdikləri üçün federasiya rəhbərliyinə təşəkkür edirəm. Bundan sonra da əsas vəzifəm bayrağımızı yüksəklərdə dalğalandırmaq olacaq”.

Qeyd edək ki, Avropa birinciyində 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı mabarizə aparıb.

Banuçiçək Hüseynli
İdman.biz