“3 qızıl medal qazanmaq sadəcə qürurverici hissdir”.
İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycanını ağırlıqqaldırma üzrə U-15 millisinin üzvü Aslan Əmiraslanov (89 kq) deyib.
O, Avropa birinciliyindəki çıxışını dəyərləndirib. Aslan bildirib ki, yüksək nəticə qazanacağına inanıb: “İnanırdıq ki, yüksək nəticə əldə edəcəyik. Rəqiblərimiz çox güclü idi. Lakin ağırlığın öhdəsindən gələrək qızıl medal qazana bildim. Ümumilikdə yarış yüksək səviyyədə keçdi. Komandamız da yaxşı şəkildə mübarizə apardı. Rəhbərliyin bizə olan etimadını doğrulda bildik”.
Qeyd edək ki, Azərbaycan yığması Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində 18 medal qazanıb.
Banuçiçək Hüseynli
İdman.biz