Millimiz Qazaxda təlim-məşq toplanışında - FOTO

Xəbərlər
23 Avqust 2024 13:00
114
Millimiz Qazaxda təlim-məşq toplanışında - FOTO

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Qazaxda təlim-məşq toplanışındadır.

İdman.biz xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində məskunlaşan atletlərimiz qarşıdakı beynəlxalq yarışlara hazırlaşırlar.

Bu gün Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov yığma komandanın düşərgəsinə baş çəkib. O, məşqçilər heyəti və idmançılarla görüşüb, problemləri ilə maraqlanıb. Məşqi izləyəndən sonra Umudov iclas keçirib, federasiya rəhbərliyinin komandanı daim diqqətdə saxladığını, onlara inandığını bildirib, qarşıdakı yarışlarda uğurlu çıxışlar arzulayıb.

İdman.biz