Atletlərimiz dünya birinciliyində iştirak edəcək

Xəbərlər
17 Sentyabr 2024 12:21
491
Atletlərimiz dünya birinciliyində iştirak edəcək

Sentyabrın 19-27-də İspaniyanın Leon şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda 60-a yaxın ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edəcək.

Birinciliyə Azərbaycan yığmasının üzvləri də qatılacaq.

Heyətdə yer alan atletlərimiz: Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq), Nurlan Məmmədzadə (89 kq).

İdman.biz

Məqalədə: