Azərbaycan ağırlıqqaldıranı 9-cu olub

Xəbərlər
23 Sentyabr 2024 22:51
122
Azərbaycan ağırlıqqaldıranı 9-cu olub

İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi davam edir.

İdman.biz xəbər ki, yığmamızın heyətində Ravin Alməmmədov körpücük üzərinə qalxıb.

81 kq çəki dərəcəsində yarışan ağırlıqqaldıranımız birinciliyi 9-cu pillədə başa vurub. Ravin iki hərəkətin cəmində 326 kq (145+181) çəkinin öhdəsindən gələ bilib.

Qeyd edək ki, yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edir.

İdman.biz