Yığmamız dünya birinciliyində çıxışını başa vurub

Xəbərlər
24 Sentyabr 2024 20:18
985
Yığmamız dünya birinciliyində çıxışını başa vurub

İspaniyanın Leon şəhərində keçirilən gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyində son təmsilçimiz çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, Nurlan Məmmədzadə (89 kq) körpüçük üzərinə çıxıb.

Atletimiz toplam 322 kq (142+180) nəticə ilə 11-ci yeri tutub. Yığmamızın heyətində daha əvvəl Ravin Alməmmədov (81 k) 9-cu yerlə kifayətlənib, Elşən Məmmədov (61 kq) isə zədə üzündən birinciliyi yarımçıq başa vurub.

Qeyd edək ki, yarışda 67 ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edib.

İdman.bz